Bakıda bank içşisi güllələnərək qətlə yetirilib - Özəl
Hadisə Yasamal rayonu ərazisində baş verib.
Yenicag.az-a daxil olan məlumata görə, naməlum şəxs və ya şəxslər 35 yaşlı Cavid Ocaqova 5-dən artıq atəş açaraq qətlə yetiriblər. Hadisə şahidlərinin verdiyi məlumata görə, dünyasını dəyişən şəxs bankda işləyib. Onun pul üstə öldürüldüyü ehtimal edilir.
Faktla əlaqədar Yasamal rayon prokurorluğunda cinayət işi başlanıb.
Yenicag.az