Bakıda beynəlxalq forum keçirilib

media-hightechnic-468x90

siaphoto_447131Bu gün Bakıda “eGov 3.0: İnkişaf meyilləri və yeni imkanlar” mövzusunda beynəlxalq forum keçirilib. Tədbir Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, BMT-nin İnkişaf Proqramı və “Microsoft” korporasiyasının təşkilatçılığı ilə ənənəvi təşkil olunan “Bakutel 2014” sərgi-konfransı çərçivəsində baş tutub.

Tədbirdə çıxış edən rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov son zamanlar Azərbaycanın İKT sektorunda əldə edilmiş nailiyyətlər haqqında təqdimatla çıxış edib: “Hazırda artıq nüvə texnologiyaları sahəsində araşdırmalar həyata keçirəcək yeni strukturun yaradılması istiqamətində işlər başa çatmaq üzrədir. Bundan başqa, bu il İKT sektorunun artım tempinin hər il müşahidə olunan 20-25 faizdən çox olacağı gözlənilir. Ümumilikdə bu günədək Azərbaycanın İKT sektorunun inkişafına 3 milyard dollar investisiya qoyulub. Bu sərmayələrin nəticəsi olaraq ölkədə gündən-günə NGN texnologiyası üzərində qurulmuş stasionar rabitə şəbəkəsi genişlənir, internetin ümumi trafikinin həcmi 300 GB-i ötüb. Mobil rabitə sektoruna nəzər saldıqda görürük ki, ölkədə hər 100 nəfərə 110-dan çox mobil telefon düşür, “3G” və “4G” şəbəkələrinin əhatə dairəsi genişlənir. “Elektron hökumət portalına bu gün 296 dövlət xidməti inteqrasiya edilib və bu sahədə işlər intensiv şəkildə həyata keçirilir”..

Nazir müavini qeyd edib ki, “Milli Genişzolaqlı İnternetin İnkişafı” Dövlət Proqramı artıq tam şəkildə hazırlanıb və bu günlərdə onun reallaşdırılmasına başlanacaq. Nəticədə ölkənin bütün rayon və kəndlərində əhalinin internetə genişzolaqlı çıxışı təmin ediləcək və bunun üçün, müxtəlif texnologiyalardan istifadə ediləcək”.

Panel sessiyaları ilə davam edən forum çərçivəsində “E-gov xidmətlərinin ən müasir modelləri”, “Elektron cəmiyyət üçün innovativ texnologiyalar”, “Elektron hökumət daimi inkişaf mili kimi” mövzuları müzakirə olunub.

(sia.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600