Bakıda avtobuslar gecikmə ilə hərəkət edir.
Bu barədə Yenicag.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Vahid Dispetçer Mərkəzinin axşam pik saatlarına olan məlumatına əsasən, Moskva prospektində-Beynəlxalq Avtovağzal Kompleksin qarşısından 20 Yanvar dairəsinə qədər – əsas və kənar yolda nəqliyyat sıxlığı səbəbindən sıxlıq 2, 7A, 13, 18, 14, 37, 65, 67, 83, 92, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xəttləri üzrə avtobuslar arasında intervallarda 10-18 dəqiqə gecikmələr müşahidə olunur. Həmin ərazidə hazırda 10-12 ədəd avtobus sıxlıqda qalıb.
Tbilisi prospektində – 20 Yanvar dairəsinə qədər yoldakı sıxlıq səbəbdən isə həmin ərazidən keçən 2, 79, 65, 7B, 165, 211, 13 və 37 nömrəli müntəzəm marşrut xəttləri üzrə avtobuslar arasında intervallarda 10-15 dəqiqə gecikmələr müşahidə olunur. Həmin ərazidə hal-hazırda 7-8 ədəd avtobus sıxlıqda qalıb.
Mikayıl Useynov prospektində Azneft dairəsi istiqamətində sıxlıq müşahidə səbəbdən 53, 127, 5, 6, 125, 205 və 88 nömrəli müntəzəm marşrutlar üzrə avtobusların da hərəkət intervallarında 10-15 dəqiqə gecikmə müşahidə olunur. Ümumilikdə həmin ərazidə 7-8 ədədə yaxın avtobusun sıxlıqda qalıb.
71, 79, 133, 165, 179 və 202 nömrəli müntəzəm marşrut xəttlərindəki avtobuslararası intervallarda isə 12-18 dəqiqəyə yaxın gecikmə müşahidə olunur. Səbəb Azadlıq m/st. Azadlıq prospekti Binəqədi istiqamətində nəqliyyat axınında sıxlığın olmasıdır. Ümumilikdə həmin ərazidə 15-18 ədədə yaxın avtobusun sıxlıqda qaldığı müşahidə edilir.
Çermet körpüsündən başlayaraq 20 Yanvaar dairəsi istiqamətdə Atatürk prospekti ilə kəsişməyə qədər olan sıxlıq isə 7A, 7B, 11, 24, 67, 71, 85, 199 N-li müntəzəm marşrut xəttləri üzrə avtobuslararası hərəkət intervallarına təsir etməkdədir.
www.yenicag.az