Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Bakıda bu istiqamətə gedən avtobuslarla bağlı yenilik

“Aparılan monitorinqlər zamanı doğrudan da problemlərin olduğu üzə çıxdı”.

Yenicag.az xəbər verir ki, bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova “Lent.az”a açıqlaması zamanı bildirib. Ötən ayın sonu prezident İlham Əliyev Şəfayət Mehdiyev küçəsində qurulan yenidənqurma ilə tanış olarkən, Bakı-Sumqayıt yolunda tıxacın aradan qaldırılması üçün tapşırıq verib. Verilən tapşırıqdan sonra Dövlət Avtomobil Nəqliyyatı Xidməti Sumqayıt, Masazır və digər ətraf qəsəbələrdən Bakıya gediş-gəlişin yaxşılaşması üçün monitorinqlərə başlayıb.

Qurumun mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova açqılamasında adıçəkilən hərəkət istiqamətlərində problemlərin çox olması səbəbilə yeni marşrut xətlərinin isitifadəyə veriləcəyindən danışıb:

“Cənab prezidentin Bakı-Sumayıt yolundan istifadə edən vətəndaşların problemsiz gediş-gəlişinin təmin edilməsi üçün verdiyi tapşırığa əsasən, Dövlət Avtomobil Nəqliyyatı Xidməti monitorinqlər aparır. Sumqayıtdan, Masazırdan, Abşeron rayonundan gələn marşrut xətlərində monitorinqlər, yoxlamar başlayıb. Bu baxımdan sıxlığın, sərnişin axınının çox olduğu istiqamətləri müəyyən etdik. Bizdən asılı olmayan tıxac səbəbilə marşrut xətlərinə kifayət qədər avtobus olsa belə, onların hamısı bəzən eyni vaxtda tıxacda qalırdı. Bu da onların mənzil başına gec çatmasına gətirib çıxarırdı. Ancaq monitorinq zamanı həqiqətən bəzi marşrutlarda məsələn, 525 saylı marşrutda avtobus sayının az olduğu aşkar edildi. Masazır qəsəbəsində məskunlaşma sürətləndiyi üçün orada əlavə 3 marşrutun (569, 596, 535) olmasına rəğmən əsas yük 525-in üzərinə düşürdü. Səbəb də 525 saylı marşrutun Memar Əcəmi stansiyası ilə Masazır arasında çalışdığı üçün qəsəbə sakinlərini Bakı ilə birbaşa əlaqələndirirdi. Gələn ildən istismar ili yeni, fiziki qüsurlular üçün pandusu olan yeni 20 avtobus gətiriləcək”.

Nuridə Allahyarova eyni zamanda, Novxanı, Abşeron Gənclər Şəhərciyi, Saraydan da hərəkət edən marşrutlarda ciddi problemlərin aşkar edildiyini deyib. Onun sözlərinə görə, bu ərazilərdə də sərnişin sıxlığı nəqliyyat vasitələrinin sayı ilə üst-üstə düşmürdü. Qurum rəsmisi həmin qəsəbələrdən Bakıya gediş-gəlişin yaxşılaşması üçün yeni daşıyıcıların cəlb olunacağını və əlavə marşrut xətlərinin yaradılması barədə daşıyıcılar qarşısına tələb qoyulduğunu da bildirib.

www.yenicag.az

269
SFERA
AZNEWS
MATC
redaktor.az
ZiraatBank
MARGIN-BOTTOM