Bakıda bu yolda nəqliyyatın hərəkəti dəyişdirilir – Yenicag.Az

Reklam

Reklam

Heydər Əliyev və Babək prospektlərinin Yusif Səfərov küçəsi ilə kəsişməsində yerləşən yol ötürücü qovşağın altında- Fəzail Bayramov küçəsində yol hərəkətinin təşkili dəyişdirilir.

Bu barədə Yenicag.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

“Artıq Bakı Nəqliyyat Agentliyinin bununla bağlı hazırladığı layihənin icrasına başlanılıb. Layihə çərçivəsində Fəzail Bayramov küçəsində geri dönmə yeri təşkil ediləcək ki, bunun sayəsində də sürücülərin Yusif Səfərov küçəsinə çıxış imkanı asanlaşacaq və yeni inşa edilən yolun funksionallığı artacaq”, – deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, hazırda Fəzail Bayramov küçəsinin şərq hissəsində yaşayan sakinlər şəhər mərkəzinə gedərkən Yusif Səfərov küçəsinə daxil olmaq üçün yeni yoldan istifadə edə bilmirlər. Bu səbəbdən, onlar Babək və Xocalı prospektlərindən istifadə etmək məcburiyyətində qalırlar. Bu isə pik saatlarda hər iki prospektin nəqliyyat yükünün əhəmiyyətli dərəcədə artmasına səbəb olur.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1060
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."