!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda çimərlik qiymətləri: Bir ailənin bir günlük istirahəti neçəyə başa gəlir?

!Reklam – Yazi

Qızmar yay günlərində Bakı sakinlərinin ən çox baş çəkdiyi ünvan heç şübhəsiz ki, çimərliklər olur.

Maraqlıdır, bir ailə üçün çimərlikdə istirahət neçəyə başa gəlir?

Yenicag.az “Şıxov” adlanan ərazidəki çimərliklərin qiymətləri ilə bağlı araşdırma aparıb. Həmin araşdırmanı təqdim edirik.

Şıxov ərazisində yerləşən “Aqua Park Şıxov” istirahət mərkəzində həftəiçi adambaşı giriş 15 manat, həftəsonu isə 20 manatdır. Bu qiymətə bir ədəd çətir, bir ədəd şezlonq, duş, açıq hovuz və dənizdə çimmək daxildir.

Aysberq” istirahət mərkəzinə giriş bir nəfər üçün həftəiçi 15 manat, həftəsonu isə 20 manatdır. Qiymətə şezlonq, çətir, duş, paltar dəyişmə yeri və avtodayanacaq daxildir.

Ramada Hotel“də qiymətlər digərlərinə nisbətdə yüksəkdir. Həftəiçi bir adam 25 manat, həftəsonu isə 30 manat ödəyir. Qiymətə açıq hovuz, şezlonq, dəsmal, açıq hovuz, daxildir. Kənardan yemək gətirilməsinə isə icazə verilmir.

The Crescent Beach Hotel & Leisure Resort” hotelin xidmətindən istifadə etmədən də çimərlik ərazisinə daxil olmaq olar. Bu zaman adambaşına 25 manat ödəmək lazım gələcək. Bu qiymətə günəş çarpayısı, duş və geyimdəyişmə otağından istifadə daxildir.

Mambo Beach Club & Restaurant” çimərliyinə giriş həftəiçi 25 manat, həftəsonu isə 30 manatdır. Bu qiymətə günəş çarpayısı və masalardan istifadə, geyimdəyişmə otağı və duş daxildir. İstirahət mərkəzi axşam 7-ya kimi fəaliyyət göstərir.

Dörd nəfərlik ailənin bir həftəsonu təkcə çimərliyə giriş üçün 100 manat xərcləməsi, eləcə də orta statistik azərbaycanlılar üçün bu qiymətlərlə hər həftə sonu ailəliklə çimərliyə getmək ciddi məsrəf deməkdir. Araşdırma nəticəsində məlum oldu ki, orta hesabla dörd nəfərlik bir ailənin həftəsonu çimərlik xərci minimum 200, maksimum 300 manat təşkil edir.

Məsimə Məmmədova

COP29

www.yenicag.az

370
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv