Bakıda dəhşət – İki nəfər bıçaqlandı

Bakıda iki nəfər bıçaqlanıb.

Yenicag.az-ın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib.

M.Nərimanov küçəsi 20/56 ünvanında 1990-cı il təvəllüdlü Həsənov Cavidan Qurban oğlu tanışları, 1984-cü il təvəllüdlü Cəfərov Gündüz Cəlil oğlu və 1988-ci il təvəllüdlü Cəfərov Tural Faiq oğlunu bıçaqlayıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində C.Həsənov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.