Bakıda “Əli və Nino”nun aktyorlarından birini döydülər

media-hightechnic-468x90

1b9805c0a5b6a07db10b66879c7ddcb4İranlı aktyor xuliqanlıqla üzləşib

Bakıda xuliqanlıq hadisəsi baş verib. Yenicag.az lent.az-a istinadən xəbər verir ki, İran vətəndaşı, 1990-cı il təvəllüdlü Hüseyni Heyrəbadi Məhəmməd oğlu 39-cu Polis Bölməsinə müraciət edərək bildirib ki, dünən saat 06 radələrində Xəqani küçəsi 14 ünvanının qarşısında xuliqanlıq zəminində döyülüb. Şikayətçi ona hücum edən şəxsin adının Orxan olduğunu əlavə edib.

İlkin araşdırmalardan sonra məlum olub ki, H.Hüseynini döyən şəxs Abşeron rayon sakini, 1990-cı il təvəllüdlü Kazımov Orxan Yusif oğludur.

O da məlum olub ki, zorakılıqla üzləşmiş şəxs Bakıda çəkilən “Əli və Nino” filminin aktyorlarından biridir. H.Hüseyni filmdəki bəzi səhnələrdə kaskadyorluq edir və şəhərin mərkəzində yerləşən otellərdən birində qalır.

Müraciət əsasında araşdırmalar davam etdirilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600