Bakıda ev yandı: 1 nəfər xilas edildi
Bakı şəhərinin Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yanğın baş verib.
Vətəndaşa məxsus ümumi sahəsi 45 kv.m olan 2 otaqlı mənzilin 1 otağında 1 ədəd televizor, kondisioner, 2 kv.m sahədə mebel dəsti, 1 kv.m sahədə pəncərə çərçivəsi yanıb və yüksək temperaturdan eyvanın lambirdən ibarət tavanı 3 kv.m sahədə əriyib.
Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib və yanğınsöndürənlər tərəfindən xilas edilib.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb(anspress).