Bakıda FACİƏ - Həkimin ayağı qatarın altında qaldı

media-hightechnic-468x90

Bakıda çağırışa gedən həkimin ayağı qatarın altında qalıb.

Yenicag.az xəbər verir ki, hadisə Qaradağ rayonunda, Səngəçal qəsəbəsində qeydə alınıb. Təcili Tibbi Yardım stansiyasının həkimi, 1971-ci il təvəllüdlü Quliyev Vuqar Bəyazəddin oğlu dayanmış vəziyyətdə dayanan qatarın altından keçərkən qatar hərəkətə başlayıb. Bu zaman həkimin ayağı qatarın altında qalaraq ağır xəsarət alıb.

V.Quliyev xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin təfərrüatı araşdırılır./Report/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa