Bakıda fəhlə faciəvi şəkildə həlak oldu

media-hightechnic-468x90

Bakıda fəhlə faciəvi şəkildə ölüb.

Bu barədə Yenicag.az-a Nərimanov Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, avqustun 12-i saat 09 radələrində paytaxtın Nərimanov rayonu, M.Araz 92 ünvanında 1983-cü il təvəllüdlü Aqil Əliyevin fəhlə kimi işlədiyi üçmərtəbəli binanın zirzəmisində elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə istintaq davam edir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 22.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa