Bakıda futbol meydançasında kütləvi dava - Yaralılar var

media-hightechnic-468x90

Bakı şəhər Nərimanov rayonu Ceyhun Hacıbəyli küçəsində yerləşən futbol meydançasında yeniyetmələr arasında kütləvi dava-dalaş olub.

Yenicag.az xəbər verir ki, C.Hacıbəyli küçəsi 28 ünvanında baş verən davada 2010-cu il təvəllüdlü R.M. və 2011-ci ildə anadan olmuş Ü.Z. döyülüblər. Onlar tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Hadisə vaxtı hər iki yeniyetmənin tanımadıqları 3-4 nəfərin hücumuna məruz qaldıqları və dava-dalaş zamanı xəsarət aldıqları bildirilib.

Faktla bağlı Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsində araşdırma aparılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 27.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa