Bakıda “Global CEO Summit 2026” tədbiri keçirilib - FOTO/VİDEO
Azərbaycan HR İnstitutu və “CEO Club Azerbaijan”ın birgə təşkilatçılığı, LinkedIn-in əsas tərəfdaşlığı və “Smart Solutions Group”un sponsorluğu ilə Bakıda yerli və qlobal şirkətlərin rəhbərlərinin iştirakı ilə möhtəşəm sammit baş tutub.
Yenicag.az xəbər verir ki 25 fevral tarixində keçirilən “Global CEO Summit 2026” tədbirində dövlət nümayəndələri, baş icraçı direktorlar və tanınmış iş adamları bir araya gəliblər.
Sammit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədindəki “Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat” hədəfinə əsaslanaraq təşkil olunub.
“Dəyişikliyə birlikdə liderlik etmək” şüarı altında keçirilən tədbirin əsas məqsədi iqtisadiyyatın inkişafı, idarəetmə və insan kapitalına dəstək, həmçinin rəqəmsal transformasiya fonunda müasir kadr potensialının formalaşdırılmasına töhfə verməkdir.
“Beynəlxalq CEO Günü” Sammitin ən əlamətdar hadisəsi təşkilat komitəsinin rəhbəri Emil Hüseynovun təşəbbüsü və beynəlxalq CEO-ların iştirakı ilə 25 fevral tarixinin ilk dəfə olaraq “Beynəlxalq CEO Günü” elan edilməsi olub. Bu günün təsis edilməsində əsas məqsəd biznes dünyasının aparıcı simaları olan baş icraçı direktorların iqtisadi inkişafa verdikləri töhfələri və innovativ idarəetmə rollarını vurğulamaqdır.
Qeyd edək ki, Azərbaycan HR İnstitutu tərəfindən indiyədək “Baku International CEO Summit 2022”, “Global HR Summit 2023”, “World HR Summit 2024”, “COP29 Human Capital Forum” və “Women’s Entrepreneurs Summit 2025” kimi nüfuzlu tədbirlər uğurla reallaşdırılıb.













