Reklam

Reklam

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına və 3 saylı İstintaq təcridxanasına mobil telefon aparatlarının keçirilməsi cəhdlərinin qarşısı alınıb.

Penitensiar Xidmətin (PX) ictimaiyyətlə əlaqələr şöbəsindən Yenicag.az-a verilən məlumata görə, cinayət Məcəlləsinin 144.2.1; 144.2.3; 144.2.4; 144.2.5; 144.2.6; 181.3.2; 182.3.2; 66.3; 67.1 və 317.2.1-ci maddələri ilə təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum edilmiş və hal-hazırda Bakı İstintaq təcridxanasında saxlanılan şəxs Şahbazov Elməddin Aləddin oğlunun yanına qısamüddətli görüşə gələn qardaşı Salyan rayon sakini Şahbazov Elşən Aləddin oğlunun əşyalarına və üzərinə baxış keçirilən zaman alt paltarının içində gizlətdiyi sellofan bükülüdə daxilində danışıq kartı olan 1 ədəd Samsung markalı mobil telefon aparatı aşkar edilib.

Həyata keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 29,120.2.1 və 228.1-ci maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Rəhimov Azər Mirağa oğlu 3 saylı İstintaq təcridxanasına qəbul olunarkən əşyalarına və üzərinə baxış keçirilən zaman ona məxsus əl çantasında olan ayaqqabının içində gizlədilmiş 1 ədəd HTC markalı mobil telefon aparatı, 1 ədəd qidalandırıcı naqil və 3 ədəd danışıq kartı aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 557
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."