Ötən ilin bu vaxtlarında Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisi, ədliyyə general-leytenantı Ceyhun Həsənov Pirşağı qəsəbəsində, 173 nömrəli marşrut avtobusunun sonuncu dayanacağında, “Delfin” restoranının yaxınlığında yerləşən ictimai çimərliyə gedən yolu bağlayaraq dənizi hasarlaması və faktiki olaraq ictimai çimərliyi özünün şəxsi mülkünə çevirməsi haqda dövrü mətbuatda yerli sakinlərinvə çimərliyə gedən vətəndaşların şikayəti dərc olunmuşdu.
Bu günlərdə bəzi sosial şəbəkələrdə Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrindən birinin mühafizəsini həyata keçirən əsgərlər arasında dəri xəstəliyinin yayılmasına dair məlumatlar verilib.
Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına və 3 saylı İstintaq təcridxanasına mobil telefon aparatlarının keçirilməsi cəhdlərinin qarşısı alınıb.