Bu gün Hindistanın dövlət müstəqillik günü və dövlətin qurulmasının 70 illiyi qeyd olunub.
Beynəlxalq Muğam Mərkəzində baş tutan tədbirdə Azərbaycanın rəsmi şəxsləri, ölkəmizdəki diplomatik korpus nümayəndələri iştirak edib.
Yenicag.az xəbər verir ki, hər iki ölkənin dövlət himnlərinin səslənməsi ilə başlayan tədbirdə çıxış edən Hindistan səfiri Sənjay Rana ölkələrarası münasibətlərin hər zaman dostluq və qarşılıqlı maraqlar çərçivəsində olduğunu, bundan sonra da belə davam edəcəyindən əminliyini ifadə edib.
Daha sonra Dehli Balet Qrupunun ifasında rəqslər ifa olunub, hind mədəniyyətini əks etdirən səhnəciklər göstərilib.
www.yenicag.az