Yeni Dehlidə oteldə dəhşətli yanğın: azı 21 nəfər ölüb
Yeni Dehlidə oteldə baş verən yanğında azı 21 nəfər ölüb.
Yenicag.az “Reuters“in yerli polisə istinadən verdiyi məlumata əsasən xəbər verir ki, hadisə Malviya Nagar bölgəsində, əsasən tələbə və gənclərin yaşadığı yaşayış zonasındakı oteldə baş verib.
Rəsmilərin məlumatına görə, azı 40 nəfər xilas edilib.
Bu, son illərdə Hindistan paytaxtında qeydə alınan ən ciddi hadisələrdən biri kimi qiymətləndirilir./APA/













