!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda iki avtomobil toqquşdu: 1 ölü

!Reklam – Yazi

sabirabadda-agir-yol-qezasi-bas-verib-2-nefer-olub-0Bakıda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, fevralın 15-də saat 23 radələrində, paytaxtın Nizami rayonunda Süleymanov küçəsində Cəlilabad rayon sakini, 1978-ci il təvəllüdlü Rəşad Məmmədovun idarə etdiyi “Mercedes” markalı və Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Arzuman Həsənzadənin idarə etdiyi “VAZ-21099” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ-21099” markalı avtomobilin sərnişinləri – 1935-ci il təvəllüdlü Tavat Kərimova və 1975-ci il təvəllüdlü Rübabə Mirzəliyeva xəstəxanaya yerləşdirilib.

R.Mirzəliyeva ambulator yardım alaraq evə buraxılıb, T.Kərimova fevralın 16-da saat 10 radələrində xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

www.yenicag.az

765
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv