!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda iki nəfərin öldüyü partlayışa görə mənzil sahibi mühakimə ediləcək - VİDEO

!Reklam – Yazi

Sabunçu rayonunda məcburi köçkünlərin məskunlaşdığı binada iki nəfərin ölümü ilə nəticələnən partlayışa görə aparılan istintaq tamamlanıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə ilə bağlı partlayış baş verən mənzilin sahibi Rima Ağalarova cinayət məsuliyyətinə cəlb edilib.

Səhlənkarlığa yol verən mənzil sahibinə qarşı Cinayət Məcəlləsinin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma – ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb. Müttəhim barəsində ilkin istintaq dövrü müddətində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib.

19 nəfər bina sakininin zərərçəkmiş qismində tanındığı iş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işini Fəxri Məmmədovun sədrlik etdiyi hakimlər heyəti araşdıracaq.

Qeyd edək ki, hadisə ötən ilin mayında Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb. Qaz sızmasından baş verən partlayış zamanı 26 yaşlı Elnur Əsgərov və 23 yaşlı İlahə Qarayeva ölüblər, bir neçə nəfər xəsarət alıb.

COP29

www.yenicag.az

141
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv