Bakıda istixanada nöqsanlar aşkarlandı

media-hightechnic-468x90

Bakıda istixanada nöqsanlar aşkar edilib.

Bu barədə Yenicag.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, agentliyin müfəttişləri tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ştq, Mədən küçəsində yerləşən və fiziki şəxs Səxavət Rüstəm oğlu Mamedova məxsus istixanada planlı yoxlama aparılıb. Yoxlama zamanı ilkin istehsal müəssisəsində nöqsanlar aşkar edilib. Belə ki, istixanada normativ sənədlərin tələblərinə əməl olunmadığı, həmçinin çalışan işçi heyətin tibbi müayinədən keçmədiyi və onlar üçün soyunub-geyinmə sahəsinin ayrılmadığı müəyyən olunub.

Aşkarlanmış nöqsanlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600