!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda itkin düşdü - Moskvada tapılıb

!Reklam – Yazi

Bakıda itkin düşdüyü deyilən Rusiya vətəndaşı tapılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində məlum olub ki, Rusiya vətəndaşı,1994-cü il təvəllüdlü Hüseynov Məhəmməd Əlövsət oğlu iyulun 3-də Heydər Əliyev adına Hava Limanından Moskva şəhərinə yola düşüb.

Xatırladaq ki, Xətai rayonu, UPD qəsəbəsi, A.Novruzov küçəsi, ev 15-də yaşayan Hikmət Əsədzadə polisə məlumat verərək onlara qonaq gəlmiş xalası oğlu, Rusiya vətəndaşı, 1994-cü il təvəllüdlü Hüseynov Məhəmməd Əlövsət oğlu iyulun 3-də onunla birlikdə yaşadığı ünvandan çıxaraq itkin düşdüyünü bildirmişdi.

www.yenicag.az

2160
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv