Bakıda kafe-restoranlara ən çox pul xərclənən rayonların SİYAHISI

media-hightechnic-468x90

Bu ilin yanvar-iyun aylarında Bakı şəhərində ictimai iaşə sektorunda müşahidə olunan canlanma kafe və restoranların dövriyyəsinə də əks olunub. Paytaxtın ümumi iaşə dövriyyəsi 2024-cü ilin eyni dövrü ilə müqayisədə real ifadədə 15,7 % artaraq 864 milyon 262,5 min manata çatıb. Ən çox dövriyyə qeydə alınan rayon isə Səbail olub.

“Report”un Bakı şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, Səbail rayonu 294 milyon 355,4 min manatlıq göstərici ilə siyahıda liderdir. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,7 % artım deməkdir.

İkinci yerdə 127 milyon 786,3 min manatlıq dövriyyə ilə Nərimanov rayonu qərarlaşıb. Burada artım tempi daha yüksək – 31,5 % təşkil edib. İlk üçlüyü isə 90 milyon 862,7 min manatla Nəsimi rayonu tamamlayır (+0,6 %).

Növbəti yerlərdə Yasamal (85 milyon 420,7 min manat, +12,7 %), Xətai (71 milyon 006,4 min manat, +17 %), Nizami (50 milyon 874,8 min manat, +19,4 %), Binəqədi (43 milyon 795,3 min manat, +10,8 %), Xəzər (33 milyon 272,9 min manat, +6,6 %), Qaradağ (24 milyon 868,6 min manat, +19,4 %) və Sabunçu (22 milyon 768,8 min manat, +21,5 %) rayonları qərarlaşıb.

Ən aşağı dövriyyə göstəriciləri Suraxanı (14 milyon 730,3 min manat, –10,1 %) və Pirallahı (4 milyon 520,3 min manat, +24,6 %) rayonlarında qeydə alınıb.

Ümumilikdə, Bakı şəhərinin iaşə sektorunda dövriyyənin 57 %-i hüquqi şəxslərin, 43 %-i isə fərdi sahibkarların payına düşüb. Hüquqi şəxslərin dövriyyəsi ötən ilin eyni dövrünə nisbətən 11,3 % artaraq 496,7 milyon manat təşkil edib.

Bakıda kafe-restoran dövriyyəsinin rayonlar üzrə bölgüsü:

İaşə dövriyyəsinin dəyəri, min manat Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə
Bakı şəhəri – cəmi 864 262,5 115,7
o cümlədən rayonlar:
Binəqədi 43 795,3 110,8
Xətai 71 006,4 117,0
Xəzər 33 272,9 106,6
Qaradağ 24 868,6 119,4
Nərimanov 127 786,3 131,5
Nəsimi 90 862,7 100,6
Nizami 50 874,8 119,4
Pirallahı 4 520,3 124,6
Sabunçu 22 768,8 121,5
Səbail 294 355,4 117,7
Suraxanı 14 730,3 89,9
Yasamal 85 420,7 112,7
media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa