!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda küçədə dəhşətli qətl: Küt alətlə... - YENİLƏNDİ

!Reklam – Yazi

DİN Sabunçuda baş verən qətllə bağlı məlumat yayıb.

DİN-dən Yenicag.az-a verilən məlumata görə, sentyabrın 30-da Sabunçu rayonu ərazisində tufeyli həyat tərzi keçirən 34 yaşlı Valeriy İsakovun baş və burun nahiyəsində xəsarətləri olan meyitinin Sabunçu qəsəbəsindəki evində tapılması barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq araşdırmalara başlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi, Sabunçu RPİ 12-ci Polis Şöbəsi və rayon prokurorluğu əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Ramana qəsəbə sakini Azad Dandış saxlanılıb.

***

10:53

Bakıda küçədə qətl hadisəsi baş verib.

Yenicag.az-ın xəbərinə görə, Sabunçu rayonunda 34 yaşlı Valeriy İsakov həmyaşıdı Azad Dadaşov tərəfindən döyülüb. Daha sonra A.Dadaşov küt alətlə V.İsakovun baş və sifət nahiyəsinə zərbələr vuraraq ona xəsarətlər yetirib. Nəticədə V.İsakov ölüb.

Polis əməkdaşları A.Dadaşovu tutublar.

Qeyd edək ki, hər iki şəxs tüfeyli həyat tərzi keçirirmiş.

www.yenicag.az

8938
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv