!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bakıda kütləvi DAVA - 2 kişi, 1 qadın bıçaqlandı

Bakıda bıçaqlanma ilə nəticələnən kütləvi dava olub.

Yenicag.az xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.

Buzovna qəsəbəsi, M.Lermontov küçəsində bir neçə nəfər arasında mübahisə yaranıb. Mübahisə dava ilə nəticələnib. Dava zamanı 45 yaşlı Elnarə Mirağa qızı Seyidova, 29 yaşlı Elnur Rəşid oğlu Məmmədov və 24 yaşlı Fikrət Qüdrət oğlu Bağırov bıçaqlanıblar.

Yaralılar təcili tibbi yardım maşınları vasitəsilə xəstəxanalara yerləşdiriliblər. Müayinə zamanı onların hər üçünün bədənində çoxsaylı kəsilmiş-deşilmiş yaralar aşkarlanıb.

www.yenicag.az

249
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100