Reklam: High Technic
hightechnic

Bakıda kütləvi dava - Ölən və yaralananlar var

Bakının Nizami rayonunda kütləvi dava baş verib.

Yenicag.az xəbər verir ki, dava Qara Qarayev prospekti 62 ünvanında yerləşən 34 saylı mənzilin qarşısında 1966-cı il təvəllüdlü Məmmədov Yaşar Məmməd oğlu və onun oğlu ilə 6 nəfər arasında qeydə alınıb.

Bu zamanı Y.Məmmədova 3 bıçaq zərbəsi vurulub. Çoxlu qan itirən yaralı xəstəxanaya aparılarkən yolda keçinib. Hadisə zamanı daha 2 nəfər xəsarət alıb.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Hadisəni törədənlər və iştirakçılar axtarışdadır.

www.yenicag.az

4827