Bakıda maşın beton arakəsməyə çırpıldı

media-hightechnic-468x90

Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, qəza Bakı-Sumqayıt şossesində qeydə alınıb.

Belə ki, paytaxt istiqamətində hərəkətdə olan “Honda” və “Mercedes” markalı minik avtomobilləri toqquşub.

“Mercedes” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək maşını beton arakəsməyə çırpıb. Hər iki avtomobilə ciddi ziyan dəyib. İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər xəsarət alıb.

Əraziyə DYP əməkdaşları cəlb edilib. Hadisənin təfərrüatı araşdırılır./APA

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05