Bakıda məktəb bağlandı

media-hightechnic-468x90

65122_res_01Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən 7 saylı internat məktəbi bağlanıb

Bu barədə məktəbin müəllimlərindən biri məlumat verib.

Onun sözlərinə görə, 7 saylı internat məktəbin bağlanması nəticəsində 130 müəllim və işçi heyəti işsiz qalıb.

Məlumatda bildirilir ki, hazırda müəllimlər intenat məktəbin önündə toplaşıblar: “Ötən gün bizə nazirin əmrini oxudular. Bildirdilər ki, internat bağlanır. Burada çalışanlara 2 aylıq əməkhaqqı veriləcək. Dedilər ki, bu müddət ərzində özünüzə iş tapın. Biz hardan iş tapaq? Əslində, bizi işlə təmin etməlidirlər”.

Xatıraladaq ki, bir müddət öncə Təhsil Nazirliyi 7 yaşlı Nahid Cavadovun döyülərək, yaxud yıxılaraq xəsarət alması ilə gündəmə gələn 7 saylı internat məktəblə bağlı araşdırmalara başladığını açıqlamışdı(aktual.az).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600