Bakıda meyiti tapılan şəxslərin hamısının adları açıqlandı

media-hightechnic-468x90

Bakıda meyiti tapılan şəxslərin hamısının adları açıqlanıb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Yenicag.az-a bildirilib ki, Nərimanov rayonu ərazisində yerləşən mənzillərin birində 4 nəfər şəxsin meyitinin aşkar olunması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma davam etdirilir.

Araşdırma zamanı vəfat edən şəxslərin 1990-cı il təvəllüdlü Kənan Nəzərov, 1991-ci il təvəllüdlü Pərvin Səfərli, 2004-cü il təvəllüdlü Kamran Allahverdiyev və 2006-cı il təvəllüdlü Kənan Salayev olması müəyyən edilib.

İlkin ehtimala görə hadisə dəm qazından zəhərlənmə səbəbindən baş verib./Report/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600