Bakıda möhtəşəm atəşfəşanlıq- Fotolar

media-hightechnic-468x90

380241Bakı Şəhər İcra Hakimiyyəti və “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə paytaxtın Dənizkənarı Milli Parkında möhtəşəm atəşfəşanlıq təşkil edilib.

Bulvar ərazisində müxtəlif yerlərdə quraşdırılan hündür şam ağaclarının bəzədilməsi və işıqlandırılması Dənizkənarı Milli Parka xüsusi gözəllik verib.

Dəqiqələr ötdü və xalqımız 2015-ci ilə qədəm qoydu. Dənizkənarı Milli Parkda sürəkli atəşfəşanlıq yeni ilin ab-havasına bürünmüş şəhərimizin səmasını əlvan rənglərə boyadı.

Bu möhtəşəm gözəlliyi seyr etmək üçün şəhərimizin küçə və meydanlarına axışan bakılılar və paytaxtımızın qonaqları əsasını ümummilli liderimiz Heydər Əliyevin qoyduğu və Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu iqtisadi siyasət nəticəsində gündən-günə gözəlləşən, yeni görkəm alan doğma Bakımızın səmasını al-əlvan rənglərə boyayan bayram atəşfəşanlığını böyük maraqla və heyranlıqla seyr etdilər.

Xalqımız köhnə ili uğurlarla yola saldı, Yeni ilə xoş arzuların, ümidlərin, qələbələrin sorağı ilə qədəm qoydu.

Qədəmlərin uğurlu olsun, 2015-ci il(azertac).

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600