Bakıda partlayış baş verdi: 1 ölü

media-hightechnic-468x90

a25dfe010e2972d792e773e5f96895e6Bakının Yasamal rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan taxta konstruksiyadan ibarət kafedə maye qaz balonunun sızması nəticəsində yanğınla nəticələnən partlayış hadisəsi baş verib.

media-banner_tuq

Yanğın nəticəsində kafenin yanar konstruksiyaları və ona bitişik “Qeyri-standart avadanlıqları zavodu”nun istehsalat sexinin dam örtüyü 5 kv.m, tavan hissəsi 1 kv.m sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı 1936-cı il təvəllüdlü Əsli Əhməd qızı Qasımovanın cəsədi yanğınsöndürənlər tərəfindən aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib. Bitişik sexin qalan hissəsi və digər obyektlər yanğından mühafizə olunub.

Yanğın saat 11:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır(APA).

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05