Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bakıda qadın kirayədə yaşadığı evdə qətlə yetirildi

Bakıda qadın qətlə yetirilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, fevralın 8-də Göyçay rayon sakini 45 yaşlı Zülfiyyə Rəhimovanın üzərində zorakılıq əlamətləri olan meyiti Suraxanı rayonu Hövsan qəsəbəsində kirayədə yaşadığı evdə tapılıb.

Suraxanı rayon Polis İdarəsi 30-cu Polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Sabirabad rayon sakini 25 yaşlı Paşa Cəbrayılov tərəfindən törədilməsi müəyyən edilib.

Sabirabad rayon Polis şöbəsi əməkdaşları tərəfindən görülən profilaktiki tədbir nəticəsində P.Cəbrayılov könüllü RPŞ-yə gələrək hadisəni törətdiyini etiraf edib.

Yeniçağ.az

www.yenicag.az

435