!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda qadın və uşaq sığınacağına hücum - Xəsarət alanlar var

!Reklam – Yazi

Bakıda qadın və uşaq sığınacağına hücum olub.

Yenicag.az xəbər verir ki, bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib.

O bildirib ki, sığınacağın əməkdaşları sığınacaqda qalan qadının qohumları tərəfindən zorakılığa məruz qalıb. Həmçinin sığınacağın qadın əməkdaşına da xəsarət yetirilib:

“Qadının əri Primov Habil, qayınanası Primova Saniyyət, baldızı Xəyalə sığınacağa gələrək xanım əməkdaşlarımıza çox ciddi xəsarətlər yetiriblər. Daxili İşlər Nazirliyindən xahiş edirik ki, bu ailə haqqında tədbir görülsün. Artıq polisə məlumat verilib”.

DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, sığınacaqdan daxil olan çağırış üzrə polis hadisə yerinə cəlb olunub: “Hazırda araşdırma aparılır. İlkin məlumata görə, hadisə ailə-məişət zəminində baş verib”.

www.yenicag.az

374
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv