Bakıda qanvermə aksiyası

media-hightechnic-468x90

загруженное (44)Sentyabrın 26-da Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AQAC) Nizami rayon bölməsi qanvermə aksiyası keçirib.

Aksiyada Səhiyyə Nazirliyinin B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının əməkdaşları müxtəlif yaş qruplarından olan donorlardan qan götürüblər.

Aksiyada Nizami Rayon İcra Hakimiyyətinin başçısının müavini Gülnaz İsrafilova, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, AQAC-in Nizami rayon bölməsinin sədri Rəna İbrahimova və başqaları çıxış edərək irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qan verməyin xeyirxah və savab iş olduğunu bildiriblər. Onlar belə aksiyalarda yaxından iştirakın vətəndaşlıq borcu olduğunu qeyd ediblər.

Qanvermə aksiyasında AQAC-in fəal könüllüləri, YAP Nizami rayon təşkilatının Gənclər Birliyinin üzvləri, Xəzər Universitetinin və Qida Sənayesi Texnikomunun tələbələri, rayonda fəaliyyət göstərən səhiyyə işçiləri iştirak ediblər.

Aksiya iştirakçıları xeyriyyə tədbirinin təşkilini təqdirəlayiq hesab edərək xəstə insanların heç də cəmiyyətdən kənarda qalmadığını vurğulayıb, göstərilən diqqət və qayğıya görə Heydər Əliyev Fondunun Prezidenti, YUNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Bildirilib ki, humanitar aksiya zamanı yığılan qan Mərkəzi Qan Bankına təhvil veriləcək, əsasən talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən vətəndaşların müalicəsində istifadə olunacaq (azertag.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600