Bakıda qazıntı zamanı insan sümükləri aşkar edildi

media-hightechnic-468x90

4bb6540cfab9151b25f2b7912a941b3frf1 metr dərinlikdə aşkarlanan insan qalıqlarının bir neçə nəfərə məxsus olduğu üzə çıxıb

Bakının mərkəzində aparılan qazıntılar zamanı insan sümükləri aşkarlanıb.

Aprelin 29-u saat 14 radələrində Səbail rayonu, Nizami küçəsi 64 ünvanının qarşısında (“Torqovı”adlanan məhəllə) su xəttinin təmir işləri zamanı fəhlələr insan sümükləri aşkarlayıblar. Təxminən 1 metr dərinlikdə aşkarlanan insan qalıqlarının bir neçə nəfərə məxsus olduğu üzə çıxıb.

Sümüklər qablaşdırılaraq ekspertizaya göndərilib.

İlkin məlumata görə, insan qalıqları üzərində zorakılıq əlamətləri olmayıb. Sümüklərin kimə məxsus olması, ölüm hadisəsinin səbəbi və digər suallara ekspertizanın rəyindən sonra aydınlıq gələcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600