Bakıda qəza: Ölən var

media-hightechnic-468x90

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Yenicag.az xəbər verir ki, Bakı Metropoliteninin “Koroğlu” stansiyasının qarşısında yeraltı piyada keçidinin yaxınlığında avtomobil Heydər Əliyev prospektini keçməyə çalışan gənci vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

İlkin araşdırmalardan sonra məlum olub ki, ölən şəxs 1993-cü il təvəllüdlü Rəsul Yusifovdur.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət işi açılıb, araşdırma aparılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa