Bakının Nəsimi rayonunda “Niaqara” ailəvi istirahət mərkəzində baş vermiş yanğın söndürülüb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov Trend-ə bildirib ki, “Niaqara” restoranında yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub. Məlumat əsasında əraziyə FHN-in yanğınsöndürən briqadası cəlb edilib və məlum olub ki, restoranın tüstü bacasında yığılmış yağ qalıqlarında alışma olub və yağ qalıqları yanıb. Dərhal yanğınsöndürənlər yanğına müdaxilə edib və yanğın söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb, restorana ciddi ziyan dəyməyib.
O.Bayramov paytaxtda “Ambassador” hotelinin yanması xəbərini təkzib edib. Bildirib ki, həmin hoteldə yanğın baş verməsi ilə bağlı yayılmış məlumat həqiqətə uyğun deyil.
Yeniçağ.Az
www.yenicag.az