!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yasamalda etiraz aksiyası - FOTOLAR + VİDEO

!Reklam – Yazi

Bu gün Bakının Yasamal rayonunda bir qrup sakin A. M. Şərifzadə küçəsində etiraz aksiyası keçirdib.

Yenicag.az xəbər verir ki, etiraza səbəb həmin ərazidə yaşayan sakinlərin iki aya yaxın bir müddətdə təbii qazdan məhrum olmasıdır.

Onlar əvvəlcə avtomobil yolunu bağlasa da, polisin müdaxiləsindən sonra maşınların hərəkəti bərpa edilib.

Hadisə yerinə Yasamal rayon icra hakimiyyəti başçısının müavini Xaliq Möhbalıyev gələrək, sakinlərlə söhbət edib. Qurum rəsmisi “Azəriqaz”la danışdığını, qazın təzyiqinin artırılacağını bildirib.

Buna baxmayaraq, sakinlər hələ də qazın təzyiqinin olduğu kimi qaldığını bildirərək, etirazlarına davam ediblər.

Qeyd edək ki, 2 saatdan çox davam edən etiraz aksiyası zamanı “Azəriqaz” rəsmilərindən heç kim gəlməyib.

Emin Səfərov

Foto: Cəmalə

www.yenicag.az

5068
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv