Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bakıda sərxoş avtobusun qarşısını kəsərək sərnişinləri ölümlə hədələdi - VİDEO

Son günlərdə orta yaşlı kişi Bakı şəhəri Nərimanov rayonu Xətai prospektində ictimai nəqliyyatın hərəkətində problemlər yaratmağa başlayıb.

Xaliq Faiqoqlu MMC-dən Yenicag.az-a verilən məlumata görə, 199 saylı marşrut xəttinin “Yaşıl bazar”ın qarşısında yerləşən son dayanacağına (ünvan: Xətai pr. 11-23) günün müxtəlif saatlarında gələn həmin şəxs içkili vəziyyətdə qeyri-adekvat hərəkətlər edərək avtobusların qarşısını kəsir və onların hərəkətinə maneə yaradır.

Bildirilib ki, həmçinin, həmin şəxs sürücüləri və sərnişinləri ölümlə hədələyir, rəsmi təyin edilən dayanacaq məntəqəsində avtobusların dayanmasına imkan vermir. Həmin şəxsin qeyri-qanuni və qeyri-adekvat hərəkətləri səbəbindən artıq bir neçə dəfə avtobusdakı insanlar ictimai nəqliyyat vasitəsini tərk etməyə, ərazidən uzaqlaşmağa məcbur olub.

Açıq-aşkar formada sürücülərə və avtobusun məxsus olduğu şirkətin əməkdaşlarina nalayiq ifadələr işlədən həmin şəxs vətəndaşları ölümlə hədələyir. Ərazidə yaşayan insanlar həmin şəxsin adının Nəbi olduğunu bildiriblər.

Avtobusların istismarçı şirkəti həmin şəxslə bağlı aidiyyatı orqanlara müraciət edib.

Loading...

www.yenicag.az

4634
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100