!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda Şimali Kipr Respublikasının yaranmasının 35-ci ildönümü qeyd olunur - FOTOLAR

!Reklam – Yazi

Şimali Kipr Respublikasının yaranmasının 35-ci ildönümü münasibətilə tədbir keçirilib.

Yenicag.az xəbər verir ki, 13 noyabr tarixində keçirilən tədbirdə  KKTC-nin Bakıdakı nümayəndəliyinin başçısı xanım Ufuk Arca Turganer, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, Azərbaycan Respublikasının Milli Məclisinin deputatları, iş adamları, ictimaiyyət nümayəndələri və media rəhbərləri iştirak edib.

Tədbirin giriş hissəsi Azərbaycan Respublikasının və Şimali Kipr Türk Respublikasının dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Tədbirə çıxış sözü ilə başlayanKKTC-nin Bakıdakı nümayəndəliyinin başçısı xanım Ufuk Arca Turganer iki ölkə arasında olan hərtərəfli əlaqələr və onlar arasında olan müstəsna xidmətlər haqqında danışıb.

O bildirib ki, hər iki ölkə arasında olan tərəfdaşlıq və dostluq əlaqələri hələ uzun illər davam edəcək:
“Əziz dostlar və tədbir iştirakçıları bu günkü gündə bizim dəvətimizi qəbul edib gəldiyiniz üçün hər birinizə dərin minnətdarlığımı bildirirəm. Düşünürəm ki, Azərbaycan və Şimali Kipr Türk Respublikası arasında olan əlaqələr həm siyasi, həm iqtisadi, həm də digər sahələr baxımından zaman-zaman özünü doğruldur. Bundan sonra da birlikdə addımlamağa və nailiyyətlər əldə etməyə davam edəcəyik. Kiprdə türklər hər məqamda haqsızlıqlara, əngəllərə məruz qalıb. Ancaq Türkiyə Cümhuriyyətinin Kipr Respublikasına verdiyi dəstək və qardaşlığı sayəsində bu əngəllər müəyyən qədər aradan qaldırılıb. Həmçinin təmsilçiliyimizin 20-ci ildönümünü də bu gün etibarilə qeyd etmiş oluruq. Azərbaycanlı qardaşlarımızla aramızdakı əlaqələrin hər gün daha da güclənəcəyinə ümid edirik və bunun üçün də birlikdə çalışmağı arzu edirəm. Son olaraq Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk başda olmaq üzrə bütün şəhidlərimizi, Şimali Kipr Türk Respublikasının quruculuğunda əməyi keçən hər kəsi rəhmətlə anıram. Bayramımız mübarək olsun”.

Tədbiri öz çıxışı ilə Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov davam etdirib:

“Biz bu gün Şimali Kipr Türk Respublikasının yaranmasının 35-cü ildönümü münasibətilə toplanan iştirakçılarıq. Şimali Kipr Cümhuriyyəti ilə əlaqələrimiz hər zaman çox gözəl olub və bu gün də eyni tendensiya ilə davam edir. İki ölkə arasında səmimi dostluq münasibətlərinin mövcudluğunu əminliklə qeyd edirəm. Təsadüfi deyil ki, qısa müddət əvvəl bir qrup Azərbaycan jurnalisti Kiprdə qonaq olmuş, ölkənin tarixi, mədəniyyəti, sosial həyatı barədə dərin məlumatlar əldə etmək imkanı qazanmışdı. Bu özü iki ölkə arasındakı xoş münasibətlərin göstəricisidir.
Bizim Şimali Kipr Respublikası ilə aramızda bir çox istiqamətlərdə – turizm, təhsil, mədəniyyət və incəsənət sahələrində münasibətlərimiz var. Bu münasibətlə hər iki ölkəni təbrik edir, gələcəkdə öz dövlətçilik ənənələrini daha da inkişaf etdirmələrini arzu edirəm”.

Bununla da tədbirin rəsmi hissəsi sona çatıb. Hazırda tədbir bədii hissə ilə davam etdirilir.

COP29

www.yenicag.az

3714
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv