!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda su borusu partladı - Mərkəzi küçəni su basdı - Tıxac/FOTO

!Reklam – Yazi

Rəşid Behbudov küçəsindən keçən su-kanalizasiya sistemində baş verən nasazlıqla əlaqədar olaraq yolun hərəkət hissəsində çətinliklər yaranıb.

BNA-dan Yenicag.az-a verilən məlumata görə, bu səbəbdən də hazırda Rəşid Behbudov küçəsində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

Hərəkətin intensivliyinin təmin edilməsi istiqamətində müvafiq tədbirlər görülür. Svetoforlarda yaşıl dalğa tətbiq edilib.

Qeyd edək ki, su borusunun partlaması nəticəsində küçələri su basıb. Hazırda hadisə baş verən yerə ASC-nin qəza xidməti cəlb olunub, borunun bərpası üzrə işlər aparılır

***

Bakıda su borusunun partlaması nəticəsində mərkəzi küçələrdən birini su basıb.

Yenicag.az-ın məlumatına görə, hadisə Rəşid Behbudov küçəsində baş verib.

“Azərsu” ASC-dən Trend-ə bildirilib ki, adıçəkilən küçədə 500 mm-lik su borusu partlayıb:

“Hazırda hadisə baş verən yerə ASC-nin qəza xidməti cəlb olunub, borunun bərpası üzrə işlər aparılır”.

Qeyd edək ki, hadisə ilə bağlı ətraf ərazilərə suyun verilişində fasilə yaranıb. Borudakı nasazlıq aradan qaldırıdıqdan sonra suyun verilişi bərpa olunacaq.

www.yenicag.az

2897
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv