Bakıda sürücü əlili avtobusa mindirməkdən imtina etdi – Video

media-hightechnic-468x90

4324242343Blogger Mehman Hüseynov sərnişin avtobusları ilə bağlı daha bir rəzaləti ortaya çıxarıb. Videodan göründüyü kimi avtobusların heç biri əlillərə avtobus saxlamır, saxladıqda isə əlilə qanunla nəzərdə tutulmuş xidməti göstərməkdən imtina edirlər.

Blogger öz Facebook hesabında bunları yazıb:

Bakıya Avropa oyunları ərəfəsi əlillər üçün nəzərdə tutulmuş avtobuslar gətirilib. Çox alqışalaiq bir addım idi. Amma baxın görün bugün nələr baş verir. Bu sadəcə dəhşətdir? Niyə bunlar əlilliyi olan insanları bu cəmiyyətdən ayrıllar? Niyə ayrıseçkilik edirlər? Onlar düşünmürlər ki bu həyatda heç kim sığortalanmayıb. Sabah hər bir kəsin başına gələ bilər. …. Videoya baxıb mütləq hər yerdə paylaşın! Qoy bu cür insanları hamı tanısın. Qoy diqər sürücülər buna baxıb nəticə çıxartsınlar. Bu cür insanlarla biz Avropa oyunlarına hazırlaşırıq? Sizlərin də qarşınıza belə hallar çıxsa mütləq etiraz edin!..

Bu gün mən də bu ayrı-seçkiliyə dözmədim, avtobusun qarşısını kəsdim və sürücüdən tələb elədim ki, bu əlil vətəndaş avtobusa minəcək! Nə qədər çətin olsa da biz buna nail olduq! Baxın necə sürücülər ilə üz üzəyik!….Nəqliyyat Nazirliyi və Avropa oyunlarına cavabdeh olan məmurlar bu ayrı-seçkiliyə nə cavab verəcək?!

Videonu olduğu kimi təqdim edirik:

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600