Bakıda taksi sayına LİMİT QOYULDU: 25 min kvota qiymətlərə necə TƏSİR EDƏCƏK?

media-hightechnic-468x90

 

“Bu, sırf nəqliyyat vasitələrinə tətbiq olunan kvotadır”.

Bunu Yenicag.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov Nazirlər Kabinetinin taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin əlavələrinin sayına məhdudiyyətlər tətbiq edilməsi haqqında qərarı şərh edərkən deyib.

media-eldeniz-ceferov

O, bu limitin taksi sürücülüyü fəaliyyətinə şamil olunmadığını vurğulayıb:

“Qərara əsasən Bakı şəhərinin inzibati ərazi vahidi üzrə taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün verilən icazələrin əlavələrinin say həddi 25 min müəyyən edilib. 25 min kvotoa taksidə istismar olunan nəqliyyat vasitələrinə tətbiq edilib. Bu ümumi Azərbaycan kvototası deyil, yalnız Bakı şəhərinə aiddir. Digər başqa şəhərlərə də aid deyil. Bunun taksi sürücülərinə aidiyyatı da yoxdur. Taksi sürücülərinə hər hansı bir kvotoa qoyulmur ki, məsələn, Bakı şəhərində 25, 50-100 min taksi sürücüsü fəaliyyət göstərə bilər. Sırf nəqliyyat vasitələrinə tətbiq olunan kvotadır”.

Ekspert noyabrın 1-dən tətbiq olunacaq yeni qaydadının taksi qiymətlərinə təsir etməyəcəyini də bildirib:

“Noyabrın 1-dənq Qərar qüvvəyə minəndən sonra kəskin taksi azalması baş verməyəcək, ixtisarlar da olmayacaq. Sadəcə olaraq bu, gələn il üçün hazırlanan bir nəqliyyat kvotasıdır. Taksi qıtlığı olmayacaqsa, taksilərdə qiymət artımı da gözlənilmir. İndiki taariflər olduğu kimi qalacaq”.

Cəvahir

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa