Bakıda taksi fəaliyyəti ilə məşğul olan şəxslərdən biri sərnişinlərinə qarşı hörmətsizlik edib.
Bu barədə Baku.ws-in qaynar xəttinə sərnişin məlumat verib.
O bildirib ki, anası ilə birgə Bakının Yasamal rayonunda mobil tətbiq vasitəsilə taksi sifariş verib.
Getmək istədikləri marşrut isə Musabəyov parkından Yeni Yasamal yaşayış massivinədək olub.
Maşına mindikdən sonra qadın sürücüyə deyib ki, metronun “İnşaatçılar” stansiyasında düşəcək. Sürücü isə həmin ünvanın tətbiqə yazılmadığını bildirib. Halbuki Yeni Yasamala getmək üçün məcburən metronun “İnşaatçılar” stansiyasından keçmək gərəkdir.
Yaranmış vəziyyətdə sərnişinlər metro stansiyası ilə bağlı ikinci ünvan qeyd edəcəklərini və əlavə ödəniş edəcəklərini deyiblər. Sürücü isə onları aparmaqdan imtina etdiyini vurğulayıb.
Taksi sürücüsü və sərnişinlər arasında yaranmış mübahisəni olduğu kimi təqdim edirik:
www.yenicag.az