!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda torpaqların QİYMƏTİ QALXDI: “Yaxın zamanlarda...”

!Reklam – Yazi

“İndiki qısamüddətli dövrdə torpaq alqı-satqısına tələbin artıması nəticəsində bu proses mövsümi xarakter daşıyan qiymət artımı kimi dəyərləndirilir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.

Son günlər torpaq sahələrində baş verən bahalaşma tendensiyasının səbəbləri barədə danışan mütəxəssisin sözlərinə görə, hazırkı dövr mövsümi olaraq, torpaq bazarı üçün aktiv dövr hesab olunur.

“Bu ərəfədə torpaq bazarına tələbatın artması torpaq sahələrinin qiymətlərində artıma səbəb ola bilir. Çünki burada tələb artır və tələb artdıqca da bu, özünü qiymətlərdə də göstərə bilir. Bütövlükdə, bunu torpaq bazarında ciddi qiymət dəyişikliyi kimi xarakterizə etməyin də tərəfdarı deyiləm. Ona görə ki bu daha çox Bakıətrafı ərazilərdə qiyməti ucuz olan torpaq sahələrində daha çox müşahidə olunur”.

R. Osmanlı hesab edir ki, yaxın zamanlarda Azərbaycana bununla bağlı kütləvi axın olacaq:

“Bu ölkəmizin daşınmaz əmlak bazarında müsbət mənada öz təsirini göstərəcək. Ən azından, qarşıdakı aylarda bazarın aktivləşməsinə, müəyyən mənada tələbin və qiymətlərin artımına gətirib çıxara bilər və məncə, çıxaracaq da. İndiki qısamüddətli dövrdə torpaq alqı-satqısına tələbin artıması nəticəsində bu proses mövsümi xarakter daşıyan qiymət artımı kimi dəyərləndirilir”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

167
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv