Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Banner

Bakıda Türkiyə Cümhuriyyətinin 96 illiyi qeyd edildi - FOTOLAR/VİDEO

Bakıda Türkiyə Cümhuriyyətinin 96 illiyinə həsr olunmuş tədbir keçirilib.

Yenicag.az xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Türkiyə və Azərbaycanın önəmli dövlət və incəsənət xadimləri ilə yanaşı, digər ölkə səfirliklərinin də əməkdaşları iştirak edib.

Azərbaycanı tədbirdə nazirlər, millət vəkilləri, hərbçilər və bir sıra yüksək vəzifəli qonaqlar təmsil edib. Müdafiə Sənayesi naziri Mədət Quliyev və Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov da tədbirdə iştirak ediblər.

Tədbiri çıxış sözü ilə açan Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 29 oktyabr Cümhuriyyət günü ilə bağlı mesajını oxuyub.

Milli Məclisinin sədri Oqtay Əsədov isə öz növbəsində Azərbaycan prezidenti İlham Əliyevin Türkiyənin Cümhuriyyət günü ilə bağlı təbrik məktubunu məruzə edib.

Tədbirin rəsmi hissəsi bitdikdən sonra bədii hissə ilə davam edib.

www.yenicag.az

432
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM