Bakıda velosiped zolaqları: Müvəqqəti tıxac, yoxsa gələcəyin həlli? - VİDEO

media-hightechnic-468x90

Bakıda yeni velosiped zolaqlarının yaradılması ilə bəzi avtomobil yollarında sıxlıq müşahidə olunur. Yol şəbəkəsinin daralması nəticəsində tıxacların artması ictimaiyyətin diqqətini çəkib.

media-banner_tuq

Mövzu barədə Yenicag.az-a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, yol şəbəkəsi bütün hərəkət iştirakçıları arasında paralel şəkildə bölünməlidir və hazırda Azərbaycanda, xüsusən paytaxt Bakıda bu proses davam edir:

“Cənab Prezident də bu barədə danışdı və bildirdi ki, velosiped zolaqları həm sağlamlıq baxımından, həm də alternativ nəqliyyat şəbəkəsinin qurulması baxımından vacibdir. Gələcəkdə velosiped istifadəçilərinin sayı artdıqca, şəxsi avtomobildən istifadə edənlərin sayı azalacaq”.

Ekspert əlavə edib ki, Bakı şəhərinin nəqliyyat və şəhərsalma sistemi əvvəllər əsasən avtomobil üzərində qurulub və bu, velosiped zolaqlarının bəzi yollarda daralma və tıxac yaratmasına səbəb olur:

“Amma zamanla insanlar başa düşür ki, velosipedçi də hərəkət iştirakçısıdır və onların normal hərəkət etmək hüququ var. Dövlət də bu imkanları onlara yaradır”.

Ətraflı videomaterialda:

Samir Məcid

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05