Bakıda villada PARTLAYIŞ: Xəsarət alanlar USTALAR İMİŞ

media-hightechnic-468x90

Sabunçu rayonunda fərdi yaşayış evində baş verən partlayışda xəsarət alanlarla bağlı yeni detallar məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, xəsarət alan şəxslər villada işləyən ustalar olublar.

***

Sabunçu rayonunda fərdi yaşayış evində baş verən partlayışla bağlı bəzi detallar məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, partlayış dördmərtəbəli villanın birinci mərtəbəsində yerləşən hovuzda baş verib.

İlkin versiyaya görə, hovuzun altından keçən qaz xəttində sızma olub.

Bakıda villada PARTLAYIŞ: Xəsarət alanlar USTALAR İMİŞ

Bakıda villada PARTLAYIŞ: Xəsarət alanlar USTALAR İMİŞ

Bakıda villada PARTLAYIŞ: Xəsarət alanlar USTALAR İMİŞ

 

***

Sabunçu rayonunda fərdi yaşayış evində baş verən partlayış zamanı xəsarət alanların son vəziyyəti açıqlanıb.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, dekabrın 9-da saat 10:00-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisindən partlayış baş verməsi səbəbilə çağırış qeydə alınıb.

“Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən bir nəfər (kişi) bədənin müxtəlif nahiyələrinin yanığı diaqnozu ilə Yanıq Mərkəzinə, digər şəxs (kişi) isə travma və yanıq diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub”, – deyə məlumatda bildirilir.

 

***

Sabunçudakı partlayışla bağlı əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunublar.

Oxu.Az xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda bildirilib.

“Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində fərdi yaşayış evində partlayış baş verməsi barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. Əlavə məlumat veriləcək”, – qeyd edilib.

 

 

***

Sabunçu rayonunda fərdi yaşayış evində partlayış olub.

Yenicag.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, hadisə Siyavuş Məhərrəmov küçəsində (72 saylı məktəbin yaxınlığı) baş verib.

Hadisənin qazsızmadan baş verdiyi bildirilir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa