Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Bakıda "Vor zakon"un meyiti tapıldı

Bakıda bədənində “Vor” döyməsi olan kişi meyiti tapılıb.

Yeniçağ.az “Report”a istinadən xəbər verir ki, Sabunçu rayonu, Balaxanı qəsəbəsində küçədən təxminən 40-45 yaşlı kimliyi məlum olmayan kişi meyiti tapılıb.

Naməlum şəxsin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Onun bədəninin üzərində çoxlu döymə olduğu aşkarlanıb. Naməlum şəxsin barmaqlarının üzərinə böyük hərflərlə “VOR” sözü yazılıb.

Meyitin kimliyi və ölümün səbəbləri araşdırılır.

Yeniçağ.az

www.yenicag.az

143