“Əsas mahiyyət ondan ibarətdir ki, sərnişindaşıma işi normal qaydada təşkil olunsun”.
Bu fikirləri Bakıda yerüstü metro xətlərinin çəkilməsinin əkəmiyyəti haqda danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, paytaxtda və ətraf ərazilərdə yerüstü metro xətlərinin çəkilməsi üçün şərait var:
“İlk olaraq qeyd edim ki, şəhərin əksər istiqamətləri üzrə yeni metro xətlərinin çəkilməsinə ciddi ehiyac var. Mən bunu yerüstü və ya yeraltı metro kimi xarakterizə etmək istəməzdim. Burada əsas mahiyyət ondan ibarətdir ki, sərnişindaşıma işi normal qaydada təşkil olunsun keçirilsin.
O çərçivədə yeraltı metro xətlərinin əvəzinə daha sərfəli və nisbətən asan başa gələn yerüstü merto xətlərinin çəkilməsinə üstünlük verilə bilər. Əgər yeraltı olmasa belə, imkan daxilində yerüstü metro xətlərinin çəkilməsinə ehtiyac var. Zəruri işləri görməli və yaraılan xidmətləri şəhər əhalisinə təqdim etməliyik”.
Nuray Məmmədzadə
www.yenicag.az