Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Bakıda yük maşını avtobusa çırpıldı: ölən və yaralananlar var - FOTOLAR + VİDEO (YENİLƏNİB)

Bu gün səhər saatlarında Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunda baş verən ağır avtobus qəzası nəticəsində 1 nəfər ölüb, 13 nəfər xəsarət alıb.

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov məlumat verib.

Onun sözlərinə görə, hadisə nəticəsində xəsarət alanlardan 7 nəfər Kliniki Tibbi Mərkəzə, 1 nəfər 1 saylı Respublika Klinik Xəstəxanasına, 2 nəfər isə Ələt qəsəbəsində yerləşən poliklinikaya yerləşdirilib.

Hadisə yerində 3 nəfərə tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

P.Əbubəkirov bildirib ki, təcili yardım briqadası hadisə yerinə gələnə qədər sərnişinlərdən olan 1 nəfər qadın dünyasını dəyişib.

***

Qaradağ rayonunda ağır yol qəzası baş verib.

Yenicag.az xəbər verir ki, hadisə Qaradağ rayonunda Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun yaxınlığında qeydə alınıb. Yük maşını 149 saylı xətt üzrə hərəkətdə olan sərnişin avtobusuna arxadan çırpılıb.

Nəticədə bir nəfər hadisə yerində dünyasını dəyişib, 13 nəfər isə xəsarət alıb.

***

09:09

Qaradağ rayonunda ağır yol qəzası baş verib.

Yenicag.az xəbər verir ki, yük maşını 149 saylı xətt üzrə hərəkətdə olan sərnişin avtobusuna arxadan çırpılıb. Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir.

www.yenicag.az

5876
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS